Babadağda ölən şəxsin axtarışına dronlar cəlb olunub - VİDEO

   Babadağda ölən şəxsin axtarışına dronlar cəlb olunub -    VİDEO
  09 Avqust 2022    Oxunub:1070
Məlumat verildiyi kimi, avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirlir.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti