Prezidentin köməkçisi: "Yaxın Şərqdən olan ermənilər Laçında qanunsuz məskunlaşdırılıblar"

      Prezidentin köməkçisi:   "Yaxın Şərqdən olan ermənilər Laçında qanunsuz məskunlaşdırılıblar"
  09 Avqust 2022    Oxunub:1227
Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib. Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.
Ermənilər Laçında təxribat hazırlayırlar – VİDEO

“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb.



AzVision.az


Teqlər:   Laçın  





Xəbər lenti