"Azərbaycan güclü idman ölkəsi kimi bu gün dünyada tanınır" - Prezident

   "Azərbaycan güclü idman ölkəsi kimi bu gün dünyada tanınır" -    Prezident
  09 Avqust 2022    Oxunub:847
Mən Konya hava limanından dərhal sizinlə görüşə gəlmişəm. Bu bir ənənədir, hər dəfə beynəlxalq mötəbər yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

“Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləyib. Və Azərbaycan güclü idman ölkəsi kimi bu gün dünyada tanınır və bizim qələbələrimiz həm olimpiya, dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Və Azərbaycan azarkeşləri də buna bir növ öyrəşiblər”, - dövlət başçısı qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti