İlham Əliyev: "Əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər"

      İlham Əliyev:    "Əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər"
  09 Avqust 2022    Oxunub:923
"Bu dəfə də əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Artıq bir qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm".
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Oyunların rəsmi açılış mərasimi bu gündür. Amma artıq oyunlar davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq", - Prezident vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən atlet Anna Skidan çəkicatma növündə qızıl medal qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti