İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"

      İlham Əliyev:    "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"
  09 Avqust 2022    Oxunub:1013
"Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir. Komanda hesabında birinci olmuşdur".
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Eyni zamanda Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu oyunlar həm idman yarışıdır, həm də müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən bir amildir", - dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti