İlham Əliyev Konyada Ersin Tatarı qəbul edib - YENİLƏNİB

   İlham Əliyev Konyada Ersin Tatarı qəbul edib -  YENİLƏNİB
  09 Avqust 2022    Oxunub:1169
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.


17:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xiddməti məlumat yayıb.

AzVision.az



Teqlər: Prezident   Qəbul  





Xəbər lenti