Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli olub

"Report"un məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ" hazırda Budapeştdə "Ferentsvaroş"la qarşılaşır. İlk hissədən sonra hesab Ağdam klubun xeyrinədir - 1:0. Azərbaycan çempionu Bakıdakı ilk matçdan heç-heçə ilə ayrılıb - 1:1.
AzVision.az
Teqlər: