Xaricdə təhsil alacaq gənclərin 67 faizi kişilərdir

   Xaricdə təhsil alacaq gənclərin 67 faizi kişilərdir
  10 Avqust 2022    Oxunub:799
2022-2023-cü tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq 229 gəncin 67 faizini kişilər təşkil edir.
AzVision.az xəbər verir ki, bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Dövlət Proqramları çərçivəsində xaricdə təhsil mövzusunda brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, qalan 33 faizini isə qadınlar təşkil edir: "Dövlət Proqramının illik hədəf göstəricisində 400 yer nəzərdə tutulub. Bunlardan 80 yer bakalavriat səviyyəsi, 320 yer isə magistratura səviyyəsi üzrədir. Bakalavriat üzrə yerlər dolduğu üçün magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinə 10-25 avqustda yenidən sənəd qəbulu elan olunub".

AzVision.az



Teqlər:





Xəbər lenti