Artilleriyaçılarımız silah və hərbi texnikaya baxış keçirib

Artilleriyaçılarımız silah və hərbi texnikaya baxış keçirib
  10 Avqust 2022    Oxunub:793
“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, ölkəmizi müsabiqədə təmsil edəcək artilleriyaçılarımız silah və döyüş texnikası qəbul ediblər, müsabiqəsinin mərhələlərinin keçirilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.
Həmçinin hakimlər heyətinin üzvləri təlim sahəsi ilə tanış olublar.

Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi avqustun 24-dək davam edəcək.









AzVision.az



Teqlər:





Xəbər lenti