Baş Prokurorluğun idarə rəisi: "Bu il 67 xəbərdarlıq edilib"
O bildirib ki, belə halların əksəriyyəti azyaşlıların hüquqlarının qorunması, əməyin müdafiəsi və ətraf mühitin qorunması haqqında olur: "Bu hallarla bağlı həbs ən son zərurət olaraq tətbiq edilir. Dövlət sirrinin yayılmasına dair qanunvericiliyin pozulması isə əksər hallarda cinayət məsuliyyətinə səbəb olur. Mediada da çox zaman belə hallara yol verilir".
İdarə rəisi qeyd edib ki, bu il ərzində 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb. Onun sözlərinə görə, bu rəqəmlərin böyük əksəriyyətinin kütləvi informasiya vasitələri və media ilə əlaqəsi yoxdur: "Biz media nümayəndələrini dəvət edəndə çox zaman belə əsas gətiririr ki, həmin informasiyanı digər bir media orqanından götürüblər və istinad da edilib. Amma bunun bir fərqi yoxdur. İnformasiya yayılırsa, buna görə məsuliyyət nəzərdə tutulub”.
AzVision.az
Teqlər: