"Bu səfər hər iki ölkə üçün olduqca əhəmiyyətlidir" - Ceyhun Bayramov

   "Bu səfər hər iki ölkə üçün olduqca əhəmiyyətlidir" -    Ceyhun Bayramov
  10 Avqust 2022    Oxunub:980
“Bu səfər hər iki ölkə üçün olduqca əhəmiyyətlidir, yüksək səviyyəli dialoqun bir təzahürüdür ”.
AzVision.az xəbər verir ki, bunu Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, əlcəzairli həmkarı ilə təktərəfli və genişərkibli görüş keçirilib: “İkitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı geniş müzakirələr apardıq. Əlcəzairin müstəqilliyinin 60 illiyi münasibəti ilə bağlı bir daha təbrikimi çatdırıram. Yüksək səviyyəli dialoqun davamlılığını təmin etmək üçün yüksək səviyyəli səfərlər vacibdir. Bu baxımdan Əlcəzair Prezidentinin Qoşulmama Hərəkatının tədbirində iştirak üçün Azərbaycana səfəri və Azərbaycan səfərini xüsusi qeyd etmək istəyirəm. Əlcəzair parlamentinin sədri də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsisi ilə bağlı Bakı konfransında iştirak edib. Ümumiyyətlə, Qoşulmama Hərəkatının təsisçilərinin biri olan Əlcəzair çox fəaldır və Azərbaycanın sədr kimi təşəbbüsünə dəstək verir. İki həftə əvvəl Qoşulmama Hərəkatının gənclər təşkilatının təsis konfransında da Əlcəzair aktiv iştirak edib”.

AzVision.az



Teqlər:





Xəbər lenti