"Çəplik heç bir damcı dərmanla düzəlmir" - Həkim

   "Çəplik heç bir damcı dərmanla düzəlmir" -    Həkim
  10 Avqust 2022    Oxunub:549
“Gözdə olan çəplik heç bir damcı dərmanla düzəlmir”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eskperti Nigar Həsənova deyib.

Onun sözlərinə görə, çəpliyin bərpası əməliyyatla və eynəklə mümkündür: “Təcili çəplik əməliyyatı yoxdur. Bu planlı əməliyyatdır. On gün gec etsəniz, heç bir əlavə ağırlaşma olmaz”.

“Bəzən uşaqlara gözləri yaxşı görsün deyə on gün kök şirəsi verirlər, ancaq bu ziyandır. Bu, hətta qaraciyərin fəaliyyətinə zərərdir. Biz valideynlərə məsləhət görürük ki, meyvə-tərəvəz, vitaminli qidalar versinlər. Hər hansı qidanı çox verməklə görməni yaxşılaşdırmaq mümkün deyil. Həmçinin göz idmanlarından yüksək nəticə gözləmək olmaz. Həmin idmanlar sadəcə əzələləri hərəkət etdirir və yorğunluğu aradan qaldırır”, - N.Həsənova bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti