Azərbaycanda ali təhsilin qızıl qiyməti - İllik 8500 manat...

 Azərbaycanda ali təhsilin qızıl qiyməti -  İllik 8500 manat...
  10 Avqust 2022    Oxunub:1152
Xəbər verdiyimiz kimi bul il üçün I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.
Dövlət sifarişli yerlər üçün gərgin müsabiqə gözlənilir. Lakin aşağı bal toplayanların ümid yeri ödənişli əsaslarla təhsil almaqdır. Bu il II ixtisas qrupu üzrə 12 232 plan yeri ayrılıb ki, onun da 4 040-ı pulsuzdur. III qrup üzrə 15 157 plan yerinin 4 593-nün təhsil haqqını dövlət verəcək. I və IV ixtisas qrupları üzrə ayrılan plan yerləri isə yaxın günlərdə açıqlanacaq.

Bəs ali təhsil müəssisələri arasında ən yüksək təhsil haqqı hansındadır?

AzVision.az -ın apardığı araşdırma zamanı müəyyən edildi ki, bu il ali təhsil müəssisələri arasında ən çox təhsil haqqı istəyən ADA Universitetidir. Burada təhsil almaq üçün tələbə illik 6 min manat ödəməlidir. Əgər xarici ölkə vətəndaşısansa, illik təhsil haqqı 8 500 manat olacaq.

İkinci yerdə Xəzər Universiteti dayanır. Tələbə burada oxumaq üçün il ərzində 5 min manat verməlidir. Üçüncü yerləri isə Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Tibb Universiteti paylaşır. Bu üç ali təhsil ocağında ən yüksək təhsil haqqı 4 500 manatdır.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti