Son sutkada 534 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

   Son sutkada 534 nəfər koronavirusa yoluxub,    6 nəfər ölüb
  10 Avqust 2022    Oxunub:922
Azərbaycanda koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə AzVision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.

Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti