Hacı Əliyevlə iranlı güləşçi arasında dava düşüb - VİDEO

   Hacı Əliyevlə iranlı güləşçi arasında dava düşüb -    VİDEO
  10 Avqust 2022    Oxunub:1446
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçisi Hacı Əliyevlə iranlı güləşçi arasında gərgin anlar yaşanıb.

AzVision.az xəbər verir ki, gərginliyə sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin İran güləşçisi Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakimlərin ədalətsiz qərarları səbəb olub. Hacı Əliyevin rəqibə qarşı fəndləri hakimlər tərəfindən qeydə alınmayıb.

Bundan sonra idmançılar arasında gərginlik yaranıb. Hakimlərin ədalətsizliyinə və iranlı güləşçinin təxribatçı hərəkətlərinə baxmayaraq, Hacı Əliyev görüşü sona qədər davam etdirib və əzmkar qələbə qazanıb. 1:4 hesabı ilə geridə olan güləşçimiz görüşün bitməsinə az vaxt qalmasına baxmayaraq, tətbiq etdiyi fəndlərlə önə keçib. Hacı Əliyev 8:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.





AzVision.az



Teqlər:





Xəbər lenti