Arvadı ona xəyanət etdi, qayınatasını diri-diri yandırıb öldürdü - Dəhşətli qətlin təfərratı

   Arvadı ona xəyanət etdi, qayınatasını diri-diri yandırıb öldürdü -    Dəhşətli qətlin təfərratı
  10 Avqust 2022    Oxunub:1373

Bakıda qaynatasını diri-diri yandıran şəxsə hökm oxunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən iilin sentyabrında baş verib. Belə ki, 43 yaşlı Rövşən Əhmədov (soyad şərti) arvadı Lamiyə Əhmədova (soyad şərti) ona xəyanət etməsindən şübhələnib. Həyat yoldaşı evi tərk edəndən sonra onu axtarmaq üçün qaynatasıgilə gəlib. İçkili halda qaynatası Mütəllim Tağıyevin evinə gələn Rövşən onun üzərinə benzin tökərək yandırıb. Nəticədə Mütəllim Tağıyev ölüb.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Rövşən Əhmədov bildirib ki, əməlindən peşmandır:

“Lamiyə ilə 2003-cü ildə ailə qurmuşuq. 3 övladımız var. Hadisə baş verən gün o mətbəxdə idi. Mən onun telefonun səsinə yuxudan oyandım. Davamlı olaraq zəng gəlirdi. Mən də ona dedim ki, telefonunun parolunu açsın. Bundan sonra ona zəng edənin “Nərgiz Sulutəpə” adlı şəxs olduğunu gördüm. Daha sonra həmin nömrəyə öz telefonumla zəng etdim. Telefonu açan kişi idi. Mənim həmin şəxslə əsəbi danışdığımı görən kimi lamiyə evdən çıxdı. Bundan sonra başa düşdüm ki, Lamiyə mənə xəyanət edir. Mən onun anası və atasını evə çağırdım. Qaynatam gəlib dedi ki, “qızıma istədiyini et, mən qarışmıram”. Mən Lamiyəni axtarmağa başladım. Qaynanam dedi ki, onlara getməyib. Mən inanmadım. Həmin vaxt 8-9 butulka pivə içmişdim. Qaynanamgilə gəlib dedim ki, üstümə benzin töküb özümü yandıracam. Həmin vaxt əlimdəki benzin evə töküldü. Bir neçə damçı da şalvarıma düşdü. Siqareti yandırdıqda qığılcım üstümə düşdü və yandı. Tez əlimdəki benzin qabını bloka atıb özümü söndürməyə çalışaraq oradan uzaqlaşdım. Yaxınlıqdakı məktəbin həyətində 5-10 dəqiqə oturub sakitləşdikdən sonra evimə getdim. Daha sonra Lamiyə ilə bağlı məlumat əldə etməək üçün polis bölməsinə getdim. Qaynatamı qəsdən yandırmamışam”.

Hadisə zamanı zərərçəkən mərhum Mütəllim Tağıyevin həyat yoldaşı Tahirə Tağıyeva məhkəmədə verdiyi ifadədə bildirib ki, Rövşən qəsdən evdə yanğın törədib:

“Rövşən içki içdiyi üçün qızımla aralarında tez-tez mübahisələr olurdu. Həmin gün də nəvəm zəng edib bizə gələcəklərini dedi. Uşaqlar hadisə zamanı bizdə olublar. Biz də uşağın zəngindən sonra durub onlara getdik. Rövşən hadisəni danışanda biz ona dedik ki, “bacarmırsan boşan, biz bir söz demirik”. Rövşən israrla qıızmn harada olduğunu soruşurdu. Lamiyə rəfiqəsigildə idi. Lakin mən bunu Rövşənə demədim. Daha sonra gecə saatlarında Rövşən bizə gələrək benzini Mütəllimin üstünə töküb od vurdu. Yanğın böyük olduğu üçün söndürə bilmirdik. Hadisədən sonra Rövşən oğluna zəng edərək mütəllimin vəziyyətini soruşub və deyib ki, “hələ nənəni də yandıracam””.

Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədov CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə təqsirli bilinib və 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Teqlər:





Xəbər lenti