Tovuzdakı elektrik yarımstansiyasındakı yanğının səbəbi məlum olub

   Tovuzdakı elektrik yarımstansiyasındakı yanğının səbəbi məlum olub
  10 Avqust 2022    Oxunub:866
Tovuzdakı elektrik yarımstansiyasında yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub.

AzVision.az -ın xəbərinə görə, bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.

"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib", - o bildirib.

Qeyd edək ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.


Teqlər:





Xəbər lenti