Bakıdakı vulkan püskürməsi güclü zəlzələyə səbəb ola bilər? - Açıqlama

   Bakıdakı vulkan püskürməsi güclü zəlzələyə səbəb ola bilər? -    Açıqlama
  11 Avqust 2022    Oxunub:609
"Lökbatanda püskürən palçıq vulkanı təsadüfi hadisə deyil. İllərlə aktiv olan vulkandır. Hadisə 09:36-da püskürüb və 5 dəqiqə davam edib. Vulkanın dərinliyi 3 km olub".
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, püskürmə bir fazada olub və palçıq qarışıq olub.

Q.Yetirmişli vulkan püskürməsinin ölkədə seysmik aktivliyə təsiri barədə də danışıb. O qeyd edib ki, ölkədə xırda təkanlar hər gün olur. "Yer daxilində hərəkətlilik hər zaman olur. Palçıq vulkanı laylarda sıxılma nəticəsində yığılan qazların partlaması ilə olur. Vulkanın zəlzələ ilə genetik əlaqəsi var. Püskürmədən əvvəl və sonra zəlzələlər olur. Lakin hazırki vulkan püskürməsi güclü deyil ki, zəlzələ ocağını oyada bilsin. Ona görə hazırki vulkan püskürməsinin güclü zəlzələ yaratma ehtimalı yoxdur".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti