"Zabuxa enerji və rabitə verilişi dayandırılacaq" - Çavuşyan

   "Zabuxa enerji və rabitə verilişi dayandırılacaq" -    Çavuşyan
  11 Avqust 2022    Oxunub:1157
Laçının Zabux kəndində qanunsuz məskunlaşdırılmış ermənilər köçürülmə işlərinə hazırlaşırlar. AzVision.az xəbər verir ki, bu barədə "kənd rəhbəri" Andranik Çavuşyan açıqlama verib.
O, hazırkı durumun Zabuxdakı ermənilər üçün qeyri-müəyyən olduğunu, onların taleyinin necə olacağının bilmədiyini deyib.

Çavuşyanın sözlərinə görə, yaxın vaxtlarda kəndə verilən elektrik enerjisi, telefon rabitəsi də kəsiləcək.

Xatırladaq ki, Zabuxla yanaşı Laçın da Azərbaycana təhvil veriləcək və bu səbəbdən ermənilər avqustun 25-dək təxliyyə olunacaqlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti