"Hökumətimiz elə ancaq verə-verə gedir" - Erməni siyasətçi

   "Hökumətimiz elə ancaq verə-verə gedir" -    Erməni siyasətçi
  12 Avqust 2022    Oxunub:3351
Ermənistanın “Uj Hayrenyats” partiyasının rəhbəri Tiqran Arzakantsyan ölkəsinin düşdüyü ağır durumdan gileylənib. AzVision.az xəbər verir ki, yerli mediaya açıqlama verən erməni siyasətçi İrəvanın ancaq torpaq verməklə məşğul olduğunu deyib.
Zabuxda ermənidən təxribatçı çağırış
- Artıq kifayət qədər ərazini təhvil vermişik. Hökumətimiz elə ancaq verə-verə gedir. Əgər biz belə davam etsək, sabah dövlət kimi də qalmayacağıq. Qarabağ əldən getdi, Zəngəzuru itiririk, İranla qonşuluq ələqələrindən kəsilmişik, mühasirədəyik. Gürcülər də bizim dostumuzdur, amma istəyəndə sərhədi açır, istəyəndə bağlayırlar. Onlar müharibə zamanı özlərini göstərdilər, - Tiqran Arzakantsyan deyib.

O, Laçın və Zabux kəndi ətrafındakı vəziyyətə, Ermənistan hakimiyyətinin bəyanatlarına da toxunaraq gileynəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti