Heydər Camalın nəvəsi: “Babamı sonuncu dəfə görəndə...”

      Heydər Camalın nəvəsi:    “Babamı sonuncu dəfə görəndə...”
  12 Avqust 2022    Oxunub:1021
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinə Rusiyadan qatılanlardan biri də Mansur Camal olub.

AzVision.az xəbər verir ki, Mansur Camal Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib və babası ilə bağlı xatirələrini, eləcə də ilk dəfə baba yurdu Şuşada olmağın sevincini bölüşüb.


Qeyd edək ki, o, məşhur ilahiyyatçı, şərqşünas-islamşünas alim və filosof Heydər Camalın nəvəsi və rejissor-jurnalist Orxan Camalın oğludur. Əslən Şuşadan olan ata-oğul Camallar Rusiya informasiya məkanında hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə məşhurlaşıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti