İyirmi dörd yaşlı qadın itkin düşüb - FOTO

   İyirmi dörd yaşlı qadın itkin düşüb -    FOTO
  12 Avqust 2022    Oxunub:1283
Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
AzVision.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, A. Məmmədovanın əlamətləri belədir: boyu 168 sm, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində sarı köynək, qəhvəyi rəngli don olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti