Əsginaslar yenilənmək əvəzinə zibil qabına atıldı - VİDEO

   Əsginaslar yenilənmək əvəzinə zibil qabına atıldı -    VİDEO
  12 Avqust 2022    Oxunub:926
Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.
AzVision.az xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əskini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.



AzVision.az



Teqlər:





Xəbər lenti