"Artilleriya atəşinin ustaları"nın sınaq atışları - FOTOLAR

   "Artilleriya atəşinin ustaları"nın sınaq atışları -    FOTOLAR
  12 Avqust 2022    Oxunub:1280
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən məlumat verilib.

Artilleriyaçılarımız təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlərin şərtləri və atış nöqtələrinin texniki imkanları, eləcə də təhlükəsizlik qaydaları ilə tanış olublar.

Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.













AzVision.az


Teqlər:





Xəbər lenti