Azərbaycan İslamiadada daha 2 medal qazandı

   Azərbaycan İslamiadada daha 2 medal qazandı
  12 Avqust 2022    Oxunub:901
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıb.
AzVision.az xəbər verir ki, yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) yarışda qızıl medal əldə edib. O, finalda özbəkistanlı Jasurbek Ortikboyevə 10:1 hesabı ilə qalib gəlib.

Elnurə Məmmədova (55 kq) isə 3-cü turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda ölkəmizin aktivində 7 qızıl, 10 gümüş, 13 bürünc medal var.

AzVision.az


Teqlər:





Xəbər lenti