FİFA-dan azərbaycanlı hakimə daha bir təyinat

FİFA-dan azərbaycanlı hakimə daha bir təyinat
  13 Avqust 2022    Oxunub:1344
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində RFŞ (Latviya) - "Linfild" (Şimali İrlandiya) oyununu idarə edəcək. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də Latviyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti