Minik avtomobili yük maşınıyla toqquşdu - Ölən və yaralananlar var
Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı iki nəfər ölüb, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəlludlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
AzVision.az
Teqlər: