Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi

 Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi
  15 Avqust 2022    Oxunub:715
Londonda radikal dindarların Azərbaycan səfirliyinə məlum hücumundan sonra Böyük Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev bildirib.

Onun sözlərinə görə, hadisə baş verən gündən Britaniyanın Azərbaycandakı səfirliyinin qorunması üçün əlavə qüvvələr cəlb olunub və səfirliyin mühafizəsi gücləndirilib.

Ə.Abdullayev həmçinin qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi DİN rəhbərliyinin xüsusi diqqət mərkəzindədir.

Komandir bildirib ki, rəhbəri olduğu tabor respublikada 30 səfirliyi, üç diplomatik nümayəndəliyi və iki diplomatik iqamətgahı mühafizə edir.(Lent.az).

AzVision.az


Teqlər:





Xəbər lenti