İnam Kərimov qəbul keçirəcək

İnam Kərimov qəbul keçirəcək
  15 Avqust 2022    Oxunub:843
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov avqustun 19-da, saat 09:00-da Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.
AzVision.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-6451878) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti