Bərdədə avtomobil aşdı, sürücü öldü

   Bərdədə avtomobil aşdı,    sürücü öldü
  15 Avqust 2022    Oxunub:810
Bərdə rayonunda avtomobil aşıb, ölən var.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 13-ü saat 16 radələrində rayonun Güloğlular kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Elşən Ağaəli idarə etdiyi “Mercedes” markalı avtomobili kənd ərazisindəki həyətlərdən birinin hasarına vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti