Bu universitetlərin nizamnamə fondları müəyyənləşdi

   Bu universitetlərin nizamnamə fondları müəyyənləşdi
  15 Avqust 2022    Oxunub:991
Publik hüquqi şəxsə çevrilən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət (ADMİU), Azərbaycan Dövlət Neft və Sənaye (ADNSU) universitetlərinin nizamnamə fondları müəyyənləşib.
AzVision.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə ADMİU-nun nizamnamə fondu 17 413 263,78 (on yeddi milyon dörd yüz on üç min iki yüz altmış üç manat yetmiş səkkiz qəpik) manat olacaq.

ADNSU-nun isə nizamnamə fondu 102 734 549 (yüz iki milyon yeddi yüz otuz dörd min beş yüz qırx doqquz) manat təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti