"İnanıram ki, tərəfdarları razı sala biləcəyik" - Qurban Qurbanov

   "İnanıram ki, tərəfdarları razı sala biləcəyik" -    Qurban Qurbanov
  16 Avqust 2022    Oxunub:768
"Azarkeşləri yaxşı mübarizə və oyunla sevindirmək istəyirik. Bu matça maraq da çoxdur. Fanatlarımızın inamını qoruyub saxlamaq istəyirik. İnanıram ki, göstərdiyimiz mübarizə ilə tərəfdarları razı sala biləcəyik".
AzVision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında bildirib.


O qeyd edib ki, indiyədək fərqli rəqiblərlə mübarizə aparıblar: “Çexiya futbolunun oyun nizam-intizamı ilə seçildiyini qeyd etməliyəm. İndiyədək fərqli rəqiblərə qarşı oynamışıq. Hazırkı rəqibimiz də digərlərindən tam fərqlənir. Bu, qruplara düşmək üçün son sınağımızdır”.

Baş məşqçi bilet satışının ilk günündə yaşanan xoşagəlməz hadisəyə də münasibət bildirib və həmin texniki problemlə əlaqədar azarkeşlərə "bunu üzrlü saysınlar" deyə müraciət edib.


Qeyd edək ki, qarşılaşma avqustun 17-də saat 20:45-də başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti