İran hərbçiləri azad edilmiş ərazilərdə

   İran hərbçiləri azad edilmiş ərazilərdə
  16 Avqust 2022    Oxunub:405
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.

AzVision.az

Teqlər:







Xəbər lenti