"Bəxt üzüyü"nün Sedası vəfat etdi

   "Bəxt üzüyü"nün Sedası vəfat etdi
  16 Avqust 2022    Oxunub:2429
"Bəxt üzüyü" filmində yaratdığı Seda obrazı ilə tanınan aktrisa-müğənni firəngiz Rəhimbəyova vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə rejissor Namiq Şirəlibəyov məlumat yayıb.
"Bu gün acı xəbər aldıq, əzizimiz Firəngiz Rahimbəyova qəfil ürək tutmasından dünyasını dəyişib. Ailəsinə və dostlarına başsağlığı verirəm. Allah rəhmət eləsin", - rejissor sosial şəbəkələrdəki paylaşımında yazıb.

Qeyd edək ki, uzun illərdir Amerikada yaşayan həmyerlimizin 62 yaşı olub.

AzVision.az



Teqlər:





Xəbər lenti