İslamiada: Kişi qılıncoynatma millimiz qızıl medal qazandı

      İslamiada:    Kişi qılıncoynatma millimiz qızıl medal qazandı
  17 Avqust 2022    Oxunub:506
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub.

AzVision.az

Teqlər:







Xəbər lenti