Beşəmlərin vəziyyəti AÇIQLANDI

   Beşəmlərin vəziyyəti    AÇIQLANDI
  17 Avqust 2022    Oxunub:439
11 avqust tarixində doğulan beşəmlərin müalicəsi davam edir.
AzVision.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutu məlumat yayıb.

İnstitutun direktoru Allahverdi Musayev, baş həkimi Azər Əhmədov və Anesteziologiya Reanimasiya İntensiv Terapiya şöbəsinin müdiri Xalidə Mustafayeva körpələri müayinə ediblər.

Bütün kliniki və laborator müayinələrdən keçirilən beşəmlərin vəziyyəti hazırda I tay küvezdə vəziyyəti orta ağır, nəmlənmiş nazal oksigen alır, II tay ağır, CPAP rejimində respirator tənəffüs dəstəyi alır, III tay orta ağır, nəmlənmiş nazal oksigen alır IV və V tay Süni Ventilyasiya aparatında ağciyərlərin ventilyasiyası aparılır.

"Məlumat üçün bildirək ki, 32-ci həftəsində doğulmuş beşəmlərin 3-ü həyatlarının birinci sutkasında ağır vəziyyətdə, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər", - deyə açıqlamada bildirilir.







AzVision.az

Teqlər:







Xəbər lenti