Xocalıda avtomobil aşıb, sürücü ölüb

Xocalıda avtomobil aşıb, sürücü ölüb
  18 Avqust 2022    Oxunub:931
Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb.
DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, avqustun 17-də saat 8 radələrində baş verən qəza nəticəsində sürücü hadisə yerində ölüb. Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: Xocalı  





Xəbər lenti