“Qızınıza gözümüz kimi baxacağıq" - Türkiyəli rektor 700 bal yığan Nigara zəng etdi
"Çox yaxşı məktəb seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən yaxşı təhsil almaq üçün sizə hər cür maddi və mənəvi dəstəyi verəcəyik",-deyə o gələcək tələbəyə ürək sözlərini deyib.
N. Ağayevanın anası ilə danışan rektor “Qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın"deyib.
Nigar Ağazadə isə Ankara Universitetini qazandığı üçün çox xoşbəxt olduğunu və yeni tədris ilinin başlamasını səbirsizliklə gözlədiyini bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: