Həftəsonunadək hava durğun və bürkülü olacaq

   Həftəsonunadək hava durğun və bürkülü olacaq
  18 Avqust 2022    Oxunub:1115
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək.
Xidmətdən AzVision.az -a bildirilib ki, bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.

Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38° isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41° isti kimi hiss olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti