İki yaşlı uşaq 82 yaşlı qadının həyatını xilas etdi - Maraqlı

   İki yaşlı uşaq 82 yaşlı qadının həyatını xilas etdi -    Maraqlı
  18 Avqust 2022    Oxunub:856
Amerika Birləşmiş Ştatının Corciya vilayətində bir evin həyətində oynayan 2 yaşlı Etan Mor alzeymer xəstəsi olan 82 yaşlı qadının həyatını xilas edib.
“Qəhrəman” elan edilən bu uşağın hekayəsi sosial mediada böyük maraqla qarşılanıb və televiziya kanallarının gündəminə çevrilib. Belə ki, yeriməyi yeni öyrənən balaca uşaq evlərinin arxa hissəsində anası ilə oynayırmış. O, anasının oyuncaqdan çıxartdığı hava balonunu tutmağa çalışırmış. Onları tutmağa çalışarkən Etan evlerinin həyətinə yaxın olan meşəlik tərəfə gedib və orada qarşılaşdığı mənzərə onun diqqətini çəkib. Balaca Etan anasının yanına qayıdaraq çətinliklə də olsa "ayaqlar" deyib. Ana Enn Brittani Etanın işarə etdiyi yerə baxan zaman ağac parçalarının arxasında qadın ayağı görüb və ora yaxınlaşıb. O, yaşlı qadını özündən getmiş vəziyyətdə tapıb və Səhiyyə Nazirliyinə zəng edib.

Səhiyyə işçiləri gəldikdən sonra məlum olub ki, yerdə uzanan talehsiz qadın 8 avqustdan bəri itkin düşən və axtarılan Nina Lipskomb imiş. Yaşlı qadın dərhal xəstəxanaya yerləşdirilib və müalicəsinə başlanılıb.

Xəstəxanadan buraxıldıqdan sonra Ninanın ilk işi həyatını xilas edən qəhramanı ilə görüş olub.

Ninanın qızı Karen Lipskomb anasının tapılması üçün bütün imkanlarını səfərbər etdiyini və günün sonunda anasını xilas edən şəxsin balaca uşaq olduğunu qeyd edib. Uşaqları çox sevən Nina Etana bir çanta oyuncaq və hava bolonu gətirib.

Onların birlikdə keçirtdiyi anlar sosial mediada insanlar tərəfindən bəyənilib.





Şəms Şahinli
AzVision.az

Teqlər:







Xəbər lenti