Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq
Qusar rayonunda “Sosial sahibkarlıq və biznesin qurulması” mövzusunda keçirilən 5 günlük düşərgədə gənclərə sosial sahibkarlıqla bağlı bilik və bacarıqlarını artırmaq üçün imkanlar yaradılıb. Növbəti mərhələdə onlar mentorların dəstəyilə öz biznes layihələrini hazırlayıb münsiflər heyətinə təqdim edəcək. Qalib elan olunan sosial sahibkarlıq layihələrini reallaşdırmaq üçün gənclərə maliyyə vəsaiti ayrılacaq.
Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.
Bu əməkdaşlıq çərçivəsində Assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi ”Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb.
AzVision.az
Teqlər: