Azərbaycan kikboksçusundan qızıl medal - İslamiada

   Azərbaycan kikboksçusundan qızıl medal -    İslamiada
  18 Avqust 2022    Oxunub:1000
Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.
AzVision.az xəbər verir ki, dünya çempionumuz Anar Məmmədov (low kick, 57 kq) finalda meydan sahibi Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.

Digər dünya çempionumuz Ramal Aslanov (low kick, 75 kq) finalda meydan sahibi Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti