Yanğın 9 kəndi qazsız qoyub

   Yanğın 9 kəndi qazsız qoyub
  19 Avqust 2022    Oxunub:889
Meşə yanğınları nəticəsində SOCAR “Azəriqaz” İstehsalat Birliyinə dəyən ziyanın həcmi yanğınlar başa çatdıqdan və lazımi təftiş işləri keçiriləndən sonra müəyyən ediləcək.
AzVision.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Azəriqaz”a indiyədək dəyən ziyan çox boyük deyil, lakin dəyən ziyanın tam həcmi təftiş və yoxlamalar aparılandan sonra müəyyən olunacaq.

Baş direktor açıqlamasında yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə (1 000 abonentə yaxın) qazın verilişi dayandırıldığını söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti