Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AzVision.az -a bildirilib ki, “fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.
Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.
AzVision.az