Bir neçə ölkəyə yeni səfir təyin edildi

   Bir neçə ölkəyə yeni səfir təyin edildi
  19 Avqust 2022    Oxunub:1157
Azərbaycan Argentina, Koreya və Braziliyaya yeni səfirlər təyin edib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Belə ki, Rəmzi Kazım oğlu Teymurov Azərbaycanın Koreya, eyni zamanda Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Argentinaya səfir təyin edilib.

Bundan başqa, Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniyadakı səfiri vəzifəsindən geri çağırılaraq Koreyaya səfir təyin edilib.

Eyni zamanda Rəşad İntiqam oğlu Novruz Azərbaycanın Braziliyadakı, Emil Zülfüqar oğlu Kərimov Küveytdəki, Ruslan Novruz oğlu Rzayev isə Kubadakı səfiri təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti