Güləşçimiz erməni rəqibini məğlub etdi

   Güləşçimiz erməni rəqibini məğlub etdi
  19 Avqust 2022    Oxunub:1222
Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb.
AzVision.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub edib.

Güləşçimiz qızıl medal uğrunda rumıniyalı Denis Florin Mihayla mübarizə aparacaq.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti