Doğulan uşaqlar üçün müavinət verilməsi qaydası asanlaşdırılıb

 Doğulan uşaqlar üçün müavinət verilməsi qaydası asanlaşdırılıb
  20 Avqust 2022    Oxunub:1307
Nazirlər Kabineti “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edib.
Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır və həmin müddət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir.

Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır. Eyni zamanda, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün müavinətin avtomatlaşdırılmış qaydada təyin olunması və verilməsi barədə norma əlavə olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti