"Spokoynoy noçi"nin məşhur aktyoru vəfat etdi

 "Spokoynoy noçi"nin  məşhur aktyoru vəfat etdi
  20 Avqust 2022    Oxunub:1801
Məşhur rus aktyoru, "Spokoynoy noci, malişi!"-"“Gecəniz xeyrə qalsın, uşaqlar!" adlı uşaq verilişində Filyunu səsləndirən Sergey Qriqoryev vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə məlumatı onun dostu və həmkarı aktrisa İrina ozernaya sosial şəbəkələrdə yayıb.
Bildirilir ki, Sergeyin dəfn mərasimi avqustun 21-də saat 18.00-da Tkoada olacaq. 65 yaşında vəfat edən aktyorun ölümünün səbəbi açıqlanmır.

Qeyd edək ki, Sergey Qriqoryev 1958-ci ildə Moskvada anadan olub. O, Qnessin adına Kollecin Kukla teatrı üzrə aktyorluq fakültəsini bitirib və sonradan Rusiya Teatr İncəsənət Akademiyasının rejissorluq fakültəsində təhsil alıb. “Gecəniz xeyrə qalsın, uşaqlar!” uşaq proqramının əsas personajlarından biri olan Filyu ilə tanınan Sergey İsrailə repatriasiya olunana qədər personajın səsini canlandırıb. O, paralel olaraq digər layihələrdə də çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti