Piramida böyüklüyündə asteroid Yerə yaxınlaşacaq

Piramida böyüklüyündə asteroid Yerə yaxınlaşacaq
  20 Avqust 2022    Oxunub:1864
Yer kürəsi növbəti dəfə asteroid təhlükəsi ilə üzləşib. Misirin Giza şəhərindəki məşhur piramida böyüklüyündə olan asteroid 100 ildən sonra yenidən Yer kürəsinin yaxınlığından keçəcək.
AzVision.az xəbər verir ki, həmin tarixi hadisə bu gün baş tutacaq.

"Newsweek"in məlumatına görə, 2019 AV13 adlanan asteroidin uzunluğu 100 ilə 230 m arasındadır. Yəni onun ölçülərini təxminən 140 metrlik piramida ilə müqayisə etmək olar.

Tədqiqatçıların proqnozlarına görə, kosmik obyekt planetin səthinə təxminən 32 min km sürətlə yaxınlaşacaq və öz yolunda 13,8 Ay məsafəsini (Yerdən Aya qədər olan məsafəni) qət edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti