Biləsuvarda ovçuluq təsərrüfatında yanğın olub

Biləsuvarda ovçuluq təsərrüfatında yanğın olub
  20 Avqust 2022    Oxunub:1572
Bu gün axşam saatlarında Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində sıx kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bu barədə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, Şirvan Milli Parkının və Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

AzVision.az



Teqlər: Biləsuvar   Yanğın  



Xəbər lenti